Əcnəbilər Novruz bayramını qeyd etmək üçün Bakıya gəliblər
Bakı şəhəri Novruz bayramına hazırlaşır. Çəkiliş qrupumuz hazırlıq prosesi ilə tanış olmaq üçün şəhərin mərkəzinə üz tutdu. Sakinlərlə yanaşı, turistlər də bahar bayramını səbrsizliklə gözləyirlər. Təsdiq kimi xarici ölkə vətəndaşlarından müsahibələr aldıq. Azərbaycan paytaxtına sırf Novruz bayramına görə gələnləri də tapdıq. Dənizkənarı Milli Parka da bayrama hazırlıq işləri yekunlaşmaq üzrədir. Bulvarın müxətlif yerlərinə səməni və digər bayram atributları qoyulub. Bayramla əlaqədar olaraq müxtəlif rəngdə yumurtalar, tonqal, stendlər və milli ornomentlərdən ibarət heykəllər qoyulub. Bir sözlə əgər Novruz bayramının sevincini və baharın gəlişini hiss etməmək mümükün deyil. Şəhərin meydan və parkları, istirahət məkanları abadlaşdırılır, burada yaşıllıqlar salınır, yeni gül və kollar əkilir. Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılır, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri, gecə işıqlandırılması quraşdırılır. Müxtəlif konsert proqramları da nəzərdə tutulub.
AYTƏN SAKİTQIZI HƏZRƏT BAYRAMLI APA TV