"Əl çirki"ndən toplanan 30 illik xəzinə

nsanların iş həyatından başqa, zaman sərf eləyib zövq aldıqları müxtəlif hobbiləri olur. Kimisi kitab oxumağı, kimisi musiqi dinləməyi, kimisi də kolleksiya yığmağı sevir. Elə müsahibimiz Elxan Yurdoğlu da maraqlı hobbi sahiblərindəndir. 30 ildən çoxdur köhnə əskinasları toplayan Elxan bəyin kolleksiyasına istənilən ölkənin qədim pul vahidini tapmaq mümkündür. Onun kolleksiyasında ən qədim pul vahidi Makedoniyalı İskəndər dövrünə aid sikkələrdir. Kolleksiyasında həmçinin X əsr Şəddadilər və XII əsr Atabəylər dövrünə aid sikkələr də var. Eyni zamanda, 1839-cu ilə aid Osmanlı İmperiyasına aid, Sultan Əbdülməcid dövrünə aid 10 Para gümüş qəpik də saxlayır. Müsahibimiz indiyə kimi kolleksiyası üçün aldığı pul vahidinə ən çox 150 manat ödəyib. Müsahibimiz deyir ki, arzusu gələcəkdə bunları sərgiləyə bilməkdir.

Ceyhun Məmmədov,Əli Xudiyev,APA TV

Müəllif | Apa.Tv
Apa.tv