Əməkdar artist anasının yanında dəfn olundu

 

Əməkdar artist Cavanşir Məmmədov bugün səhər saatlarında vəvat edib. Yaxınlarından aldığımız məlumata görə, 70 yaşlı müğənni qəfil ürəktutmasından həyatını itirib. Mərhumun nəşi, əvvəlcə, cənazə namazı qılınmaq üçün Göy Məscidə daha sonra isə vida mərasimi üçün yaşadığı evə gətirilib. Sənətçinin yaşadığı mənzildə keçirilən vida mərasimində sənət dostları və yaxınları iştirak ediblər. Mərasimdən sonra cənazə "Qurd qapısı" qəbiristanlığına aparılaraq valideynlərinin yanında torpağa tapşırılıb. Qeyd edək ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb. C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

LƏMAN SALEHOVA VÜSAL BAYRAMOV APA TV

Müəllif | Apa.Tv
Apa.tv