“Ən çox razı olduğum bilirsiniz nədir? Mən Laçındayam!”

31 il əvvəl bütöv bir ailə ilə ayrılıblar doğma Laçından. Geri dönüş isə bir qədər fərqli olub. 31 illik ayrılıq onların həyatından çox şeyləri alıb, desək yanılmarıq. 31 ildə Sevil xanım qaynatasını, qaynını və ən ağrılısı isə həyat yoldaşını itirib. Indi Sevil xanım ötən itkilərin yerini vətən sevgisi və nəvələri ilə doldurmağa çalışır. Ailənin indiki şəraiti çox yaxşıdır. Çünki Azərbaycan hökuməti Böyük Qayıdış zamanı ən kiçik məqamlara belə, xüsusi diqqət yetirib. Sevil xanımın tək diləyi doğma yurda qayıdış firəvanlığını bir ömür yaşamaqdır. Müsahibimizi təkcə evində yaradılan şərait yox, həm də Laçında aparılan quruculuq və abadlıq işləri xoşbəxt edir. Bizə Laçının gözəlliklərini vəsf edən Sevil xanım balaca nəvələri üçün yaradılan şəraitdən də ağız dolusu söhbət açır. 6 otaqlı mənzillə təmin olunan ailənin evi iki mərtəbədən ibarətdir. 3 otaq birinci, 3 otaq isə ikinci mərtəbədədir. Ailənin üzvü olan Nicat deyir ki, hər dərd, hər acı unudular. Amma Laçınsız vətən həsrətini ürəyimizə sıxıb, yurdumuz üçün darıxdığımız o günlər heç vaxt yaddan çıxmaz. Laçına köçən digər ailələr kimi Nicatgilin ailəsinin də məşğulluq məsələsi unudulmayıb. Onlar da müvafiq işlə təmin olunublar. Amma Nicat deyir nə iş, nə ev, onların tək istəkləri öz doğma yurdlarının havasını ciyərlərinə çəkib, səfalı dağlarda gecəni başa vurub, səhəri açmaqdır. Axı bura onların vətənidir... Nicat sözünü başa vurmamış, evin balacası dilə gəlir. Çox maraqlıdır. Yanaşması, Laçını vəsfi də fərqlidir. Emin Babayev Fəzail Səfərov Laçın

Müəllif | Apa.Tv
Apa.tv