Ən tez pensiyaya çıxan peşə sahibləri kimlərdir?
“Əmək pensiyaları haqqında” qanuna əsasən, bəzi şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ var. İncəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlar yaş həddi 5 il azaldılmaqla pensiyaya çıxa bilərlər. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların isə yaş həddi 15 il azaldılmaqla pensiyaya çıxmaq hüququ mövcuddur. Hazırda bir sıra ölkələrdə insanlara müəyyən şərtlər daxilində vaxtından əvvəl əmək pensiyasına çıxmaq hüququ tanınır. Bəs Azərbaycanda insaların pensiya kapitalından vaxtından əvvəl istifadə etməsi mümkündürmü? Qeyd edək ki, bu ilin iyulundan etibarən Azərbaycanda kişilər 65, qadınlar isə 64 yaşında əmək pensiyası ala biləcək. Hazırda isə kişilərin pensiya yaşı 65, qadınlarda 63 il, 6 aydır.
ORXAN ASLAN APA TV