Ermənistan ordusu hansı ölkənin nəzarətindədir? – “Nə qədər ki, ruslar var...”

Artıq bir neçə gündür ki, Ermənistan Azərbaycan şərti sərhədində atəşkəs pozulmaqdadır. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, bütün təxribatlara adekvat cavab tədbirləri görülüb və görüləcək. Maraqlıdır ki, atəşkəsin pozulması ilə bağlı Ermənistan hərbi rəhbərliyi Azərbaycanı ittiham edərək dezinformasiya yaydığını desə də, hakim “Mülki müqavilə” Partiyasının deputatı Andranik Köçəryan atəşkəsin pozulmasının rəsmi Bakı ilə danışıqlar masası arxasında oturanların işinə mane olduğunu deyib. Erməni iqtidarına yaxın bəzi mənbələr isə mediaya açıqlamalarında şərti sərhəddəki təxribatları revanşist qüvvələr tərəfindən törədildiyini iddia ediblər. Sual yaranır, İranın dəstəkləri fonundan təxribatların arxasında əslində kim dayanır? APA TV-yə açıqlama verən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, Aİ-nin missiyasında atəşkəsin pozulması ilə bağlı qeydiyyatların olmaması onu göstərir ki, təxribatın əmri Qərbdən gəlib. O əlavə edib ki, Ermənistanın Qərdən silahlandırılması, İranın maraqlarına da xidmət edir. Qeyd edək ki, mətbuatda paylaşılan məlumatlara görə, 29 mart - 4 aprel tarixlərində İranın Sərab və Tehran şəhərlərindən SEPAH-a məxsus “Boinq” hərbi yük təyyarəsi İrəvana 5 dəfə reys həyata keçirib. Üstəlik, bir çox siyasilər bildirirlər ki, Tehran İrəvana yanacaq msələsində də xüsusi köməklik edir. Ermənistan Xristian Demokrat Partiyasının sədri Levon Şirinyan isə müsahibəsində bildirib ki, Bakı ilə İrəvan artasında sülhün bağlanmasına əngəlləyən Moskvadır. O əlavə edib ki, Rusiyanın bölgədəki varlığı nə qədər tez aradan qaldırılsa, Ermənistan bir o qədər təhlükəsiz olacaq. Partiya sədri onu da vurğulayıb ki, bu işlərin arxasında Ermənistan hakimiyyəti daxilindəki beşinci kolonun, Qarabağ klanının üzvləri durur. O həmin şəxsləri Ermənistanın düşməni adlandırır.

Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv