Ev dustağı Xəzərdə necə yoxa çıxdı? – İtən balıqçılarla bağlı yeni detallar

 

12 noyabr tarxində Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində 2 nəfər balıqçının itkin düşməsi barədə məlumat almışdıq. Belə ki, həvəskar balıqçılıqla məşğul olan 1954-cü il təvəllüdlü Vidadi Cəfərov və 1977-cü il təvəllüdlü Elvin Həsənov səhər saatlarında balıq tutmaq üçün qayıqla sahildən uzaqlaşıblar. Balıqçıları tapmaq üçün aidiyyəti qurumlar tərəfindən axtarış aparılsa da, onlardan xəbər almaq mümkün olmayıb. Vidadi Cəfərovun qohumlarından biri hadisənin təfərrüatlarını APA TV-ə danışıb. Vidadi Cəfərovun qohumu deyir ki, qayıqda olan Elvin Həsənov ev dustağı imiş. O həmçinin deyir ki, itkin düşənləri sonuncu dəfə görən başqa bir balıqçı Asif Cəlilov onlarda bəzi şübhələr yaradıb. Sözügedən Asif Cəlilovla əlaqə saxladıq. Hadisəni bir də ondan eşitmək istədik. Asif Cəlilov deyir ki, həmin gün hava qayıqlara mane olacaq dərəcədə pis olmayıb. O, barəsində səsləndirilən iddialara isə belə cavab verib. Qeyd edək ki, itkin düşən balıqçılar barəsində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

LƏMAN SALEHOVA APA TV

Müəllif | Apa.Tv
Apa.tv