Fermerlər gözünü ona dikmişdi, o da əldən çıxdı – “Çəkdiyimiz xərci götürə bilmirik”

 

Bir müddət əvvəl şimal-qərb bölgəsində yağan aramsız yağışlar Zaqatalalı fermerləri çətin vəziyyətə salıb. Fermerlər bildirir ki, bu il məhsuldarlıq ötən illərlə müqayisədə yüksək olub. Amma məhsul çürüyür. Yay aylarında yağan leysan yağışları və dolu səbəbindən fındıq ləpəsində cürümə halları ötən illərlə müqayisədə xeyli yuxarı səviyyədədir. Demək olar ki, fındıq yığımından sonra ümumi məhsulun 18-20 faizində çürümüş ləpə müşahidə olunur. Fermerlər bildirir ki, məhsul yığımının ilk günlərində fındığın satış qiyməti 3 manatdan yuxarı olduğu halda sonra ləpənin müəyyən faizinin cürük olması səbəbindən qiymət 2 manat 40 qəpiyə qədər aşağı düşüb. Fındıq alverçiləri də məhsulun qiymətinin aşağı olmasını keyfiyyətlə əlaqələndirirlər. Onlar bildirir ki, alının bir kisə fındığın demək olar ki, 15 faizi çürük məhsuldan ibarət olur. Qeyd edək ki, ölkə üzrə istehsal olunan fındığın isə 45 faizi Zaqatalada yetişdirilir. Hazırda rayonda 23 min hektar ərazidə fındıq bağları yetişdirilir, rayonda onlarla irili-xırdalı fındıq istehsalı və emalı zavodu fəaliyyət göstərir.

Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV, Zaqatala

Müəllif | Apa.Tv
Apa.tv