Füzuli şəhərində Azərbaycan-Özbəkistan QHT-lərinin əməkdaşlıq forumu keçirilir
Füzuli şəhərində Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq forumu başlayıb. Forum Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilir. Forumda iki ölkənin 100-dən çox QHT nümayəndəsi iştirak edir. Toplantıda Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib. Azərbaycan-Özbəkistan əlaqələrini nümayiş etdirən videoçarx nümayiş olunub. Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev bildirib ki, hazırda Azərbaycan və Özbəkistan QHT-lərinin bir neçə sahədə əməkdaşlıqlarının genişləndirilməsi planlaşdırılır: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, iki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir: Agentliyin icraçı direktoru Aygün Əliyeva onu da qeyd edib ki, forum çərçivəsində maraqlı müzakirələr, təcrübə mübadiləsi olacaq və sonda hər iki ölkənin QHT-lərinin təşəbbüsü ilə ölkə başçılarına müraciət ünvanlanacaq.
Emin Babayev, Fəzail Səfərov, APA TV