Füzuli şəhərinə daha 21 ailə olmaqla 88 nəfər köçürülüb

Böyük qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Belə ki, bu gün də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə daha 21 ailə olmaqla 88 nəfər köçürülüb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri doğma yurda qayıtmağın sevincini yaşayırlar. Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 208 ailə, yəni 749 nəfərin daimi məskunlaşması təmin edilib.

LƏMAN SALEHOVA

ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv