Füzuli şəhərinə daha 30 ailə köçürülüb

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb. Daha 30 ailə - 106 nəfər öz yurd-yuvasına qovuşacaq. Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 25 ailə - 89 nəfər Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən, Beyləqan və Füzuli rayonunda məskunlaşmış 5 ailə - 17 nəfər isə məskunlaşdıqları ərazidən yola salınıb. Beyləqan və Füzuli rayonunda məskunlaşmış 5 ailə Füzuli rayonunun Əhmədbəyli kəndində 25 ailənin olduğu köç karvanına qoşularaq bir yerdə ata-baba yurdlarına hərəkət edəcəklər. Qeyd edək ki, bu köç də nəzərə alınmaqla Füzuli şəhərinə 440 ailənin (1625 nəfər) köçürülməsi təmin olunacaq.

LƏMAN SALEHOVA TURAL ƏLİZADƏ APA TV

Müəllif | Apa.Tv
Apa.tv