Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirildi

Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirildi – APA TV Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Püşkatma 156 ailə arasında baş tutub. Ailə tərkibinə uyğun olaraq, onlardan 59-a ikiotaqlı, 80-ə üçotaqlı, 17-ə dördotaqlı mənzil təqdim olunacaqdır. Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.

Müəllif | Apa.Tv
Apa.tv