Füzulinin azyaşlı sakini: “Yollar bizi aparır, gedirik Qarabağa”

Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün Füzulinin daha 62 sakini doğma yurd-yuvasına qayıdıb. Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Füzuli sakinləri torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 230 ailə, yəni 811 nəfərin daimi məskunlaşması təmin edilib.

LƏMAN SALEHOVA

ARİF ƏLİYEV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv