Gela Vasadze: “Mitinq hakimiyyəti geri addım atmağa məcbur edəcək”

Gürcüstanda vəziyyət yenidən gərginləşə bilər. Belə ki, Gürcüstanın müxalif partiyalarının deputatları eləcə də siyasilər və fəallar bəyanat da yayaraq bildiriblər ki, hakim partiyanın təsisçisi Bidzina İvanişviliyə qarşı qətiyyətli mübarizəyə başlayacaqlar. Xatırladaq ki, “xarici agentlər” və ya “Xarici təsirin şəffaflığı haqqında” haqqında qanun layihəsi etiraza səbəb olub. Gürcüstan prezidenti Salome Zurabişvili isə keçirilən mitinq fonunda respublika hökuməti və parlamentini təxribatda ittiham edib. O, qanun layihəsini demokratiyaya zərər vuran addım kimi qınayıb. Gürcüstanda parçalanmanın daha da dərinləşdirəcəyini deyib. Maraqlıdır, etirazlar davam edərsə, Gürcüstanda hansı hadisələr baş verə bilər? Məsələ ilə bağlı APA TV-yə açıqlama verən gürcüstanlı politoloq Gela Vasadze bildirib ki, Hazırki qanun Rusiyada redaktə olunub və Moskvanın maraqlarına xidmət edir. O əlavə edib ki, biz artıq hər hansı Rusiya təsirini ölkəmizdə görmək istəmirik. Digər gürcü politoloq İqor Qvritişvili mediaya açıqlamasında bildirib ki, paytaxt Tbilisidə keçirilən mitinq Qərb dövlətləri, o cümlədən ABŞ tərəfindən təşkil edilib. O əlavə edib ki, Avropa Birliyi hətta Gürcüstanın baş nazirinin Almaniyaya səfəri zamanı bu qanunun qəbul edilməməsini tələb edib. Qeyd edək ki, Gürcüstanda etirazlar davam edir və mitinqlər əsasən parlamentin qarşısında keçirilir. Bu yolla gürcülər əksər deputatların qanunun lehinə səs verməsinə qarşı çıxır və ümumən ləğvinə çalışırlar.

Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv