Gəncə sakini obyektini qalaya çevirdi

Görünüşü “Qız qalası”nı xatırladan bu tikili Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşir. 3 mərtəbədən ibarət olan mini “Qız qalası”nın hündürlüyü 13 metr 50 santimetr, diametri isə 4 metrə yaxındır. Balaca qalanın hər mərtəbəsində bir otaq var. Hər bir otaq 20 Kv metrdən ibarətdir. Sözü gedən tikili 2004 –cü ildə inşa edilib və turistik məqsədlər üçün nəzərdə tutulmayıb. Mini “Qız qalası” təcrübəsi olan bacarıqlı inşaatçılar tərəfindən inşa olunub. Bu qala əsl “Qız qalası”ndan ölçülərinin kiçikliyinə və tikintisində istifadə olunan materiala görə fərqlənir. Qeyd edək ki, tikildikdən sonra daxilində və ya xaricində hər hansı bir dəyişiklik edilməyib.

Fuad Nazimoğlu, APA TV, Gəncə

Müəllif | Apa.Tv
Apa.tv