Gömrükdəki problemlər QR kod vasitəsilə sürətli həll edilir

 

Aparılan mütəmadi risk təhilləri əsasında xarici ticarət iştirakçıları “könüllü əməletmə” prinsipləri əsasında təsnifləşdirilir.Nəticədə əməliyyatların rəsmiləşdirilməsi çevik və sürətli formada həyata keçirilir ki, bununla da əlavə vaxt itkisinin və xərclərin qarşısı alınır.Gömrük nəzarəti zonasındakı proseslər də elektron həllər əsasında tamamilə avtomatlaşdırılıb. Elmir Ramazanovun sözlərinə görə,gömrük nəzarətinin həyata keçiriləcəyi anbarlar sistem tərəfindən avtomatlaşdırılmış qaydada təyin olunur.Nəqliyyat vasitəsinin anbara daxil olma vaxtı sahibkarlara sms vasitəsilə bildirilir və yüklər 2 saat ərzində sahibinə təhvil verilir. Gömrük İdarəsində və qurumun tabeliyindəki gömrük postlarında vətəndaşların görə biləcəyi zonalarda “QR” kodlar asılıb. Bu koddan istifadə edərək baş idarə rəisinə istənilən məsələ ilə bağlı birbaşa müraciət etmək mümkündür. Gömrük sistemində aparılan təkmilləşdirmə işləri ilə bağlı rəsmiləşdirilmə prosesindəki yeniliklər barədə media nümayəndələri də məlumatlandırıldı.Bakı Baş Gömrük İdarəsinə təşkil edilən mediaturda jurnalistlər,həm Rəsmiləşdirmə həm də Xidmət növlərinə inteqrə edilmiş xüsusi mərkəzdə tətbiq olunan yeniliklərlə əyani şəkildə tanış oldular

Müəllif | Apa.Tv
Apa.tv