Göygöldə kənd sakini tunel aşkarladı

Göygöldə yeni tunel aşkarlanıb. Rayonun Aşıqlı kəndinin dağlarında yerləşən tunel kənd sakini tərəfindən aşkarlanıb. Aşıqlı kəndindən bir qədər aralıda yerləşən əraziyə getmək o qədər də asan deyil. Bizə bələdçiliyi də elə tuneli tapan Aşıqlı kənd sakini Olxan Yusibov edir. Bələdçimiz deyir ki, bu tunellərin Almalardan qalan izlərdən biri olduğu ehtimal edilir. Tunelə düşüb-qalxmaq çox çətindir. Çünki mağaranın yolları bir neçə hissəyə bölünür. Mağaranın dərinliyinə getdikcə adam vahimələnir. Bələdçimizlə birlikdə tunelin 4 mərtəbəsinə hərəkət edirik. Tunelin sonuncu mərtəbəsi daha da dərin olduğu üçün biz düşə bilmədik, lakin 56 yaşlı bələdçimiz özü düşdü. Bələdimiz deyir ki ,bu yeraltı tunel araşdırılsa daha yaxşı olar. Çünki ola bilsin mağaranın başqa istiqamətlərə çıxışı var. Biz isə çətinliklə də olsa gəldiyimiz yolla geri qayıtmağa çalışırıq. Mağaraya girmək və buradan çıxmaq da ən az onun içindəki tunellərlə hərəkət etmək qədər çətindir. Çünki giriş ilk baxışda vəhşi heyvanların yuvasını xatırladır və çox alçaqdır. Gəncə Regional Turizm İdarəsindən bildirildi ki, yaxın günlərdə əraziyə baxış keçiriləcək. Onu da qeyd edək ki, ötən il Göygöl rayonunda Almanlar tərəfindən salınan yeraltı şəhər aşkarlanıb.

Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV

Müəllif | Apa.Tv
Apa.tv