Gürcüstanda Qərb qalib gələcək, yoxsa hakimiyyət?
Gürcüstanda Qərb qalib gələcək, yoxsa hakimiyyət? – APA TV Gürcüstanda vəziyyət gərgin olaraq qalır. Buna səbəb hakim “Gürcü arzusu” partiyasının parlamentə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təqdim etməsidir. Layihə parlamentdə 2 oxunuşda qəbul edilsə də, müxaliflər və bir çox QHT nümayəndələri buna qarşıdırlar. Narazı tərəf qanun layihəsinin Rusiyanın təsiri ilə irəli sürüldüyünü iddia edir. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, "Xarici təsirin şəffaflığı haqqında” qa¬nun ölkəni təhlükəli trayektoriyaya salacaq. O əlavə edib ki, Gürcüstanın Avro-At¬la¬n¬tik yolu təhlükə altına düşəcək və ABŞ-Gürcüstan münasibətlərinə xələl gətirəcək, Gürcüstan qərarını verməlidir. Rusiya Xarici İşlər Na¬zir¬liyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, etiraz edənlər arasında Qərbin təbliğatı ilə “Rusiya izi” axtarmaq cəhdləri var. O əlavə edib ki, proses¬lərdə “Rusiya izi” yoxdur. Məsələ ilə bağlı APA TV-yə açıqlama verən deputat Vüqar İskəndərovun sözlərinə görə, analoji qanun Qərb ölkələrində xüsusilə ABŞ, Fransa, İtaliya, Britaniya və bir neçə ölkə¬də tətbiq olunmaqdadır. Deputat onu da vurğulayıb ki, aksiyaların kütləviləşməməsi onu gös¬tərir ki, qanuna qarşı çıxanlar kiçik qruplardır. Deputatın fikrincə, Gürcüstan hakimiyyəti geri addım atmayacaq, mitinqlər də səngiyəcək.
Fuad Sadıqov Arif Əliyev APA TV