Həkimlərin “dərman alveri”nə stop qoyan yeni RESEPT qaydası

Həkim tərəfindən yazılan reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi müəyyən edilib . Bu “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Belə ki, həkim pasientə resept yazarkən dərman vasitələrində təsiredici maddənin adı ingilis, təsiredici maddənin dozası, dərman vasitəsinin farmaseptik forması və dərman vasitəsinin istifadə qaydaları isə Azərbaycan dilində yazılır.

Bəs bu, vətəndaşlar arasında çaşqınlıq yaratmayacaq?

 

 

Bəzi həkimlərin fikrincə, bu üsulun Azərbaycanda tətbiqi həm pasiyent, həm də naşı əczaçıların işini dolaşığa salacaq.  

 

 “Bir dərman onlarla adlarda ola bilər. Amma molekulyar tərkib bir adda olur. Ölkə fərqi ola bilər. Çünki  hər bir molekulyar tərkib  müxtəlif ölkələrdə eyni keyfiyyətdə olmur. Eyni zamanda bəzi əczaçılarımızda çaşqınlıq yaradır. Cünki hamısı ixtisasca əczaçı olmadığı üçün bir çox dərmanların molekulyar tərkiblərini bilmirlər. Məsələn nimesulid yazdığımızda bir çox insan bunu nimesil kimi tanıyır.Yeni bu onun brend adıdır amma molekulyar olaraq nimesuliddir. İxtisasca savadlı eczaçılarda düşünmürəm problem olsun, digərlərində ola bilər.

Yeni resept metodunun faydalı olduğunu düşünənlər də var. Ən çox xeyiri isə pasiyentlər görəcək, çünki bu üsul bəzi həkimlərin dərman firmaları ilə ortaqlıq xatirinə yazdığı reseptlərin qarşısını alacaq.

 “Əslində dərmanların ticari adlarının deyil, generik adlarının reseptlərə yazılması doğru addımdır . Bu mənada ki,  hansısa həkim və hansı isə dərman firmaları arasında ticarət əlaqlərini aradan qaldırır bu üsul. Amma digər nüansları  nəzərə almaq lazımdır ki, aptekçilər dərmanların tərkibini bilməyə borcludurlar. Bunu bilməyənlər işə götürülməməlidir, kurslara göndərilməli, öyrənməyə məcbur edilməlidir. Mən düşünürəmki, bunun insanlara faydası olacaq ”   

Xatırladaq ki, qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Müəllif | Apa.Tv
Apa.tv