HƏMASI-ın 25 minlik özəl ordusu haqqında nə bilirik?

 

Oktyabrın 7-də İsrailə hücumları ilə dünyanın gündəminə düşən HƏMAS təşkilatının İzzəddin əl-Qəssam Briqadaları (İQB) haqqqında nə bilirik? Beynəlxalq mətbuatda bu hərbi birləşmənin 1991-ci ildə yaradıldığı bildirilir. Tərkibində altı briqada var. Avropa Şurasının Xarici Əlaqələr saytında yazılan məlumata görə, İzzəddin əl-Qəssam Briqadaları Qəzzada fəaliyyətdə olan böyük və ən yaxşı hərbi təchizatlı birləşmədir ki, inventarlarında müxtəlif növ raketlər, dronlar, eləcə də sualtı hücum komando qrupları var. İzzəddin əl-Qəssam Briqadalarına Məhəmməd Deif rəhbərlik edir. Almaniyanın “DW” dərgisinin məlumatına görə Deif 2002-ci ildən Qəssam Briqadalarına rəhbərlik edir və İsrailə qarşı bir çox terror hücumlarının arxasında olub. Hazırda rəhbərlik etdiyi hərbi birləşmələrinin tərkibindəki döyüşçülərinin sayı təxminən 20-25 min nəfərdir. Tel-Əviv Universitetinin Yaxın Şərq və Afrika Araşdırmaları üzrə Moşe Dayan Mərkəzinin tədqiqatçısı Maykl Milşteyn bildirib ki, briqadalara İrandan hərbi dəstək var və bu son illər daha da artıb. “İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-dəki hücumu araşdırarkən, snayperlər, tələlər, paraşütçülər və digər döyüşçülərin İranda təlimlər keçirildiyi aşkar görünür” deyə Maykl Milşteyn əlavə edib. O vurğulayıb ki, hərbi qruplaşmanın maliyyə ehtiyatları son iki ildə artaraq 100 milyon dollara çatıb. Maykl Milşteyn təşkilatın maliyyə mənbəyinin kriptovalyuta hesabına əldə edildiyini də iddia edib və bu məsələdə Livandakı terror qruplaşma olan Hizbullah yaxından iştirak edib. İsrailin digər tədqiqat mərkəzi olan Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin məlumatına görə, Qəssam Briqadaları öz döyüşçülərini və arsenallarını qorumaq üçün mülki şəxslərdən “qalxan” kimi istifadə edir. Tədqiqatçıların fikrincə, bu taktika iranlı məsləhətçilərin təklif etdiyi taktikadır. Hərbi birləşmə həm də Qəzzada fəaliyyət göstərən Fəthin Əl-Əqsa Şəhidləri Briqadası və İslami Cihadın Əl-Qüds Briqadası ilə əməkdaşlıq edir. Təşkilat daha öncə 1994-cü ildən 2000-ci ilə qədər israillilərə qarşı bir sıra hücumların həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Hərbi qurum Avropa İttifaqı, Avstraliya, Yeni Zelandiya, Misir və Böyük Britaniya tərəfindən terror təşkilatları siyahısına salınıb. Briqadaların lideri Mohammed Deif də Qlobal terrorçu kimi təsnif edilib. Briqadalar adını 1930-cu ildə Levantda Britaniya və Fransa hökmranlığına, eləcə də sionizmə qarşı yaradılmış “Qara əl” təşkilatını rəhbərlik edən İzzəddin əl-Qəssamın adında götürülüb. Hərbi quruplaşmanın ideologiyasında bildirilir ki, qruplaşmanın məqsədi Qəzza, İordan çayının qərb sahili və İsraildən ibarət islamçı Fələstin dövləti yaratmaqdır. Silahlı qruplaşma haqqında o da bildirilir ki, döyüşçülərin şəxsiyyətləri və qrupdakı mövqeləri çox vaxt ölənə qədər gizli qalır. Vikipediyada verilən məlmata görə, onlar İsrail qüvvələri ilə döyüşlərdə fələstinlilərin digər döyüşçülərindən fərqli olaraq yaşıl baş bandı bağlayırlar. Briqadaların əməliyyatları gizli planlaşdırılır. Yəni ki, digər hərbi qruplaşmaların, hətta rəhbələri belə briqadaların fəaliyyətindən xəbərləri olmur.

Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv