Hər onurğa problemində bunu etmək olmaz - Həkim xəbərdarlığı!
Dünyada hər dörd insandan biri bel ağrısından şikayətlənir. Bu, onurğanın və disklərin sürüşməsi, qabarması nəticəsində baş verir. Təbii ki, vaxtında həkim müdaxiləsi olmasa fəsadlar daha da artır. Fizioterapevtlər əzələ, sinir, sümük və oynaq problemlərini müalicə etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bunlardan biri də manual terapiyadır. Manual terapiya üçün də yaş kateqoriyası önəmli, hətta həssas məsələdir. Həkim əllə müdaxilənin risk qrupu haqqında da informasiya verdi. Manual terapiyanın seansı 20-60 dəqiqə çəkir, amma bu müddət müraciət edənin vəziyyəti və göstərilən xidmətin növündən asılıdır.