Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərbəst güləş çempionatına yekun vurulub
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə nazirliyin qurumları arasında Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə çempionat keçirilib. İdman-sağlamlıq klubunun arenasında keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 15 komandadan 100-ə yaxın əməkdaş iştirak edib. Yarışın son günündə final görüşləri keçirilərək qaliblər müəyyən olunub. Xal hesabının nəticələrinə əsasən komanda üzrə 1-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası yiyələnib. Çempionatın keçirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Güləş Federasiyasının hakimlər komitəsi və FHN-in Tibb xidmətinin əməkdaşları fəxri fərmanlarla təltif olunublar. Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.
ORXAN ASLAN VÜSAL BAYRAMOV APA TV