“Heydər Əliyevin ili” çərçivəsində ağacəkmə kampaniyası keçirildi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə kampaniyası təşkil olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qaradağ Rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə keçirilən aksiyada ümumi sa¬həsi 5 hektar olan ərazidə meşə örtüyünün salınması nəzərdə tutulur. Ağacəkmə aksi¬ya¬sında 100-ə yaxın əməkdaş və 30 nəfər ictimai işçi iştirak edib. Ümumilikdə ərazidə 3125 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Qeyd edək ki, ağacların əkilməsi və onlara qulluq göstərilməsi üçün haqqı ödənilən ictimai işlər çərçivəsində işsiz və işaxtaran şəxslərin layihəyə cəlb edilməsi planlaşdırılır ki, bu da öz növbəsində aztəminatlı şəxslərin məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsinə imkan yaradacaq.