İdmançıların onkoloji xəstəlik riski: “Əzələ infeksiyalaşa...”

 

Əksər insanlar mükəmməl bədən quruluşuna sahib olmaq üçün idmanla məşğul olur, dieta saxlayırlar. Amma bəzi insanlar, xüsusi ilə də idmançılar məşq və pəhrizlə kifayətlənmir . Daha tez nəticə əldə etmək üçün steroidlərdən, proteyin tozlarından istifadə edirlər. Tez bir zamanda mükəmməl bədənə sahib olmaq üçün atılan addımlar isə bəzən uçuruma aparır. Necə deyərlər, tələsən təndirə düşər. Steroidlərin qandan təmizlənməsi 6 ay çəkir və proses həkim, yaxud trener nəzarətində olmalıdır . Preparatla bağlı həkimlərin dedikləri daha çox təşviş yaradır. Steroid fəsadlarının üzə çıxması orqanizmdən asılıdır və bir neçə aya qədər uzana bilər. Həkimlərin təbirincə desək, zahiri görünüşə görə, daxili çürütmək olmaz. SÜNBÜL HÜSEYNOVA TURAL ƏLİZADƏ RASİM BƏHRAMİ APA TV

Müəllif | Apa.Tv
Apa.tv