İki od arasında: “Cənubi Qafqazı 3-cü müharibə zonasına çevirmək istəyirlər”
Fevralın 12-də Ermənistan tərəfi sərhəddə növbəti təxribata əl atıb, nəticədə Zəngilanda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Görüntülərdən də açıq sezildiyi kimi, erməni snayper atəş açdıqdan sonra geri qayıdır. Yəni bu təxribat aşkar sifariş xarakterli görünür. Gecə saatlarında da Tovuzun atəşə tutulması sülh ərəfəsində sabitliyi pozmaq cəhdindən başqa bir şey deyil. Siyasi şərhçi Əziz Əlibəylinin fikrincə, Ermənistanla şərti sərhəddə atəşkəsin pozulmasının arxasında böyük maraqlar var. Daha dəqiq desək, 3-cü müharibə zonası yaratmaq istəyən qüvvəllər mövcuddur. Siyasi şərhçi bildirib ki, bu həm də İran və Rusiyanın müharibəyə cəlb edilməsi ehtimalını artıran bir addımdır. Region ölkələri də daxil, xarici qüvvələrin Cənubi Qafqazla bağlı üst-üstə düşməyən maraqları və yaranan mənzərə İrəvanın sülhü yubatmaq işinə yarayır. Amma bu... Qeyd edək ki, Paşinyan ölkəsinin silahlanmasını Ermənistanın milli təhlükəsizliyi ilə əlaqələndirib, lakin beynəlxalq ekspertlər onun siyasi səmimiyyətinə inanmamıyıb və bunun bölgədə yeni gərginliyə hesablanan addım adlandırıblar. Sutka ərzində baş verən təxribatlar gerb və himnini dəyişmək istəyən Ermənistanın işğalçı mahiyyətini dəyişmir. Amma “Dəmir Yumruq” yerindədir. Görünür, Nikol ikiqat kapitulyant olmaq fikrindədir.