İndiyədək Şuşada 58 ailənin, 224 nəfərin daimi məskunlaşması təmin edilib
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan Şuşaya yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb.Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Xatırkladaq ki, indiyədək Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva da bildirdi ki, iyun ayında Şuşada ümumilikdə 370 ailə – 1 450 nəfər yaşayacaq AYTƏN SAKİTQIZI ARİF ƏLİYEV APA TV