İnsanlar arasında yayılan “öpüş xəstəliyi” ndən necə qurtulmaq olar?

Son zamanlarda insanlar arasında “epstein barr” virusu sadə dillə desək, “öpüş virusu” xəstəliyi yayılıb. Maraqlısı budur ki, bu virusa xüsusilə də uşaqlarda daha çox rast gəlinir. Bəs, bu nə virusudur, ümumiyyətlə valideynlər bu virusdan məlumatlıdırlarmı və uşaqlarına diqqət edirlərmi? Bu virus haqqında mən də məlumatlıyam,son günlər sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır. Çalışdığımız qədər uşaqlarımızı qoruyuruq bu virusdan. Tez-tez dezinfeksiya edirik,məlum məsələdir ki, məktəbdə uşaqlar bir-biriləri ilə kontaktda olurlar. Uşaqları mümkün qədər qoruyuruq. Boşqabdır,nəlbəkidir belə şeyləri kontaktdan qaçırırıq,onların stəkan və boşqabını ayrı qoyuruq. Çalışırlar evlərinə çox adam gəlmesin,mən məsələn nənəsiyəm gedəndə uşaqla görüşmürük. Boşqablarını falan da isti su ilə yuyuruq İnfeksionist bildirdi ki, bu xəstəlik "epşteyn-barr" virusu tərəfindən törədilən xəstəlikdir, buna infeksion mononukleoz kimi adlanır, öpüş xəstəliyi kimi də qeyd olunur. İnsanın ağız seliyində aylarla qala bilir. Öpücük vasitəsi ilə, həmçinin həmin xəstə insanın istifadə etdiyi stəkandan su içdikdə yoluxa bilər. Amma izole etmək kimi bir durum yoxdur həmin insanları. Bu insanlarda ilk öncə temperatur yüksəlməsi - 38,39 ola bilər. Uşaqlarda isə temperatur olmaya bilər. Əsasən boğaz ağrısı ilə müraciət edirlər,bədən ağrısı,halsızlıq aylarla davam edə bilər. Bu zaman boğaz tonsillərində şişkinlik, qızartı kimi şikayətlər olur. Həmçinin bulantı və qusma da ola bilər. Bu kimi hallar olduqda həkimə müraciət etməlidirlər və bu test vasitəsi ilə təsdiqlənməlidir. Qan analizi ilə,seroloji testlərlə təsdiqləyə bilirik ki, həqiqətən də "epşteyn-barr" virusudur. Və müalicəyə başlanılır. “Opüş xəstəliyi”nə yoluxanların müalicə müddəti və forması isə insandan insana dəyişir. Xəstəlikdən qorunma yollarına gəldikdə isə infeksionist bildirdi ki, insandan-insana keçdiyinə görə qorunmaq o qədər də mümkün olmur. Həmçinin peyvəndi də yoxdur. Buna görə də maksimum dərəcədə gigiyenik qaydalara riayət etmək, başqalarının əşyalarından istifadə edərkən diqqətli olmaq lazımdır

NURAY QƏDİRLİ ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv