İsmayıllıda iki kəndin sakinləri susuz qalıb

İsmayıllının Bəhliyan və Gülüstan kənd sakinləri su üzünə həsrət qalıb. Səhər tezdən bir qab içməli sudan ötrü kimisi əl arabası ilə, kimisi isə əlində qabla su götürmək üçün kənddə olan yeganə bulağa yollanırlar. Bir qab su götürmək isə saatlarla növbə gözləməli olurlar. İllərdir bu kəndlilərin dərdlərinə çarə tapılmır. Sakinlər deyir ki, hazırkı bulaqda su damcı-damcı axır və bir qabı doldurmaq üçün saatlarla bulaq başında gözləyirlər. Hər iki kəndə cavabdeh olan bələdiyyədən isə bildirildi ki, problemin həlli üçün artezianlar vurmaq mümkün deyil, çünki su çıxmır. Problemin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət olunub. Qeyd edək ki, iki kəndin, ümumilikdə, 200 –dən çox sakini var. İlham Əhmədov, Taleh İbrahimov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv