İtən və ya oğurlanan nömrənin eynisini niyə almaq olmur?

Mövcud qanunvericiliyə əsasən itən və ya oğurlanan nömrələrin eynisini əldə etmək mümkün deyil. Bu da sürücülər üçün problemlər yaradır. Belə ki, avtomobil sahibi nömrə tapılmadıqda oğurlayan tərəflə ya sövdələşmək, ya da da yenidən rüsum ödəyib fərqli nömrə almaq məcburiyyətindədir. Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, bu qayda Sovetdənqalmadır. Həmin dövrdə rəqəmsal qeydiyyat və müşahidə kameraları olmadığına görə təhlükəsizliyə görə bu qayda tətbiq olunurdu. Bu gün isə Yol Hərəkəti Haqqında Qanunda dəyişikliyə ehtiyac var. Deputat Fazil Mustafa isə deyir ki, mövcud qanun itən və ya oğurlanan nömrələrin cinayət hadisələrində istifadənin qarşısının alınması məqsədilə tətbiq olunur. Lakin bununla bağlı yüngülləşdirici variant da düşünülməlidir. Qeyd edək ki, Yol Hərəkəti Haqında Qanuna görə, avtomobilin dövlət qeydiyyat nişanı itərsə və ya oğurlanarsa, tapılmadığı təqdirdə sürücünün müraciəti əsasında yeni nömrə verilə bilər. Bunun üçün rüsum 30 manatla 3000 manat arasında dəyişir.

ORXAN ASLAN

RASİM BƏHRAMİ

HƏZRƏT BAYRAMLI

APA TV

Müəllif | Apa.Tv
Apa.tv