Jurnalist Səbuhi Məmmədli dəfn olunub

Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli dəfn olunub. Səbuhi Məmmədli Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Səbuhi Məmmədlinin yaxınları, MEDİA Agentliyi, Mətbuat Şurası, çalışdığı "APA Media Group"un rəhbərliyi, media nümayəndələri iştirak edib. Şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkən Səbuhi Məmmədli gecə saatlarında müalicə olunduğu “Yeni Klinika”da vəfat edib. Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayan jurnalist “525-ci qəzet”, “Azərbaycan”, "Yeni Müsavat" qəzetləri ilə əməkdaşlıq edib. Səbuhi Məmmədli 10 ildən çoxdur "Lent.az" saytında çalışıb.

Zahid Abışov, Devran Əsgərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv