Kamran Bağırovu və Moskvadan gəlmiş nümayəndəni şoka salan jurnalist təqiblərə məruz qaldı
Tarixə nəzər salsaq görərik ki, Gəncənin adı bir neçə dəfə dəyişdirilib. 4 min illik zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də, 22 fevral 1935-ci ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Nəhayət 54 il sonra 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb. Gəncənin adının qaytarılması məsələsi hələ ilk dəfə 1987-ci ildə qaldırılıb. Bunun ilk təşəbbüskarı isə həmin vaxtlar “Kirovabadskiy raboçiy” qəzetinin əməkdaşı olan əməkdar jurnalist Nüşabə Məmmədli olub. Qurultayda başqa bir məsələ barədə danışmalı olan jurnalist əlindəki fürsəti doğma şəhərinin adının bərpasını istəmək üçün istifadə edib. Qurultaydan sonra Nüşabə xanım və onun ailə üzvləri ciddi təzyiqlərə məruz qalır. O həmin acı günləri belə xatırlayır. Əməkdar jurnalist deyir ki, 1981-ci ildə “Yeni Gəncə” qəsəbəsinin salınması ən böyük hadisələrdən biridir. Həmsöhbətimiz deyir ki, uzun müddət məqalələri imzasız yayımlanıb. Buna səbəb ona qarşı olan davamlı təqiblər olub. Hakimiyyətdə baş verən dəyişikliklərdən sonra isə ona olan münasibət tamamilə dəyişib.
Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV