Kanalizasiya suları axıdılan göldən tutulan balığı iyindən yemək olmur

Göl ötən əsrin ortalarında neft mədənlərindən çirkab sularının axıdılması ilə çirklənməyə başlayıb. Yerli sakinlərin dediklərinə görə, bu göldən cinayət əməllərini gizlətmək üçün istifadə edənlər də olub. Belə ki, qatillər öldürdükləri adamların cəsədlərini bu gölə atıblar. Onların sözlərinə inansaq, bu gölün üst tərəfində qəbiristanlıq yerləşdiyi kimi, altında da “qəbiristanlıq” var. Tullantı suları ilə çirkləndirilən digər bir göl isə Lökbatanda yerləşir. Bu göl də çirkabına görə Xocəsən gölündən fərqlənmir. Ekoloqlar yaranmış vəziyyətlə bağlı həyəcan təbili çalır. Çünki vaxtında tədbir görülməsə, vəziyyət daha da acınacaqlı ola bilər. Buna görə də göl sürətlə təmizlənməlidir. Abşeronda bəzi digər göllərin ətrafında yaradıldığı kimi, bu göllərin də yan-yörəsini abadlaşdırıb, park salmaq münkündür. Məsələ ilə bağlı “Azərsu” ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu və təmizləyici qurğu olmadığından tullantı suları Xocasən və Lökbatan gölünə axıdılır. Bu işlər görüldükdən sonra Xocəsən və Lökbatanla, yanaşı Sulutəpə və 20-ci sahənin də tullantı suları həmin təmizləyici qurğuya yönəldiləcək. Və sonda təmizlənərək, kənarlaşdırılcaq.

ORXAN ASLAN HƏZRƏT BAYRAMLI APA TV

Müəllif | Apa.Tv
Apa.tv