Kiberdələduzların “Wi-Fi tələsi” və qorunmağın yolları – “Bank rekvizitləri daxil etməyin”

İctimai Wi-Fi şəbəkələrindən istifadə təhlükəlidir. Əsas problem avtomatik qoşulma zamanı meydana gəlir. IT mütəxəssisləri bu vəziyyətdə kiberdələduzluq qurbanı olmaq riskinin yüksəldiyini düşünürlər. Kibercinayətkarlar məşhur kafelərdə istifadə olunanlara oxşar adlarla saxta Wi-Fi yarada bilərlər. Bu halda qurbanların noutbukları və smartfonları yarana biləcək təhlükəyə rəğmən avtomatik olaraq bu şəbəkələrə qoşulacaq. Bundan əlavə, ictimai Wi-Fi-dan istifadə etdikdən dərhal sonra mövcud şəbəkələri siyahıdan silmək lazımdır. Bu cür hücumlardan qorunmaq üçün, İctimai Wi-Fi şəbəkələrində şəxsi məlumatları, o cümlədən loqin və parolları, ünvan, peşəkar məlumat, bank rekvizitləri daxil etməyin. Ekspertlərin fikrincə, ictimai Wi-Fi şəbəkələrində yeni hesabların yaradılması və qeydiyyatı təhlükəlidir. Çünki bu halda hakerlər şəxsi məlumatlarınızı əldə edir. İctimai Wİ-Fİ qoşulma nöqtələri internetə çıxış üçün ən sadə variant olsa da, kiberdələduzların işini asanlaşdırır.

Aygün Carçıyeva, Vüsal Bayramov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv