Klinikalarda “dodaq uçuqladan” analiz qiymətləri

Xəstəliklərin geniş yayıldığı dövrdə insanları müalicədən yayındıran əsas səbəblərdən biri və birincisi həkimlərin təyin etdikləri analizlərin yüksək qiymətləridir Paytaxtda fəaliyyət göstərən bir çox klinikalarda müxtəlif xəstəliklərlə bağlı analizlərin qiymətləri arasında az qala uçurum var. Belə ki,analizlərin qiyməti bir-birindən kəskin şəkildə fərqlənir. Eyni analiz hər klinikada bir qiymətə təqdim edilir. Bu qiymətlər isə sözün əsil mənasında dodaq uçuqladandır. Ən bahalı analiz kimi tanıdığımız DNT ortalama 2000-3000 AZN, genetik xəstəliklərin müəyyən edilməsi üçün aparılan analiz bir klinikada (EKZOM SEKANS ANALİZİ) 1250 AZN dirsə, digərində bu məbləğ 2800, sümük xəstəlikləri ilə bağlı analizlər 2200-ə qədər təşkil edir.Sinir əzələ xəstəlikləri ilə bağlı analizlər 480-2200 arası təşkil edir. Hamiləlik testləri ilə bağlı qiymətlər də kifayət qədər yüksəkdir. HAMİLƏLİK TESTİ 2 Cİ TRİMESTR 79, 3 CÜ TRİMESTR 101 AZN, UZM qiymətləri də üstünə gəldikdə test qiymətləri avtomatik qalxaraq 2 Cİ TRİMESTR 124, 3 CÜ TRİMESTR isə 146 manat təşkil edir. İnsanların ən çox əziyyət çəkdiyi D vitamini analizi vermək istəsəniz, bu sizə klinikların təqdim etdiyi qiymətlərdən asılı olaraq 43, 55, 60 manat başa gələcək. İnsulinəbənzər boy hormonu 50,boy hormone analizi 150-230 manat təşkil edir Ən ucuz analizlər arasında ümumi qan analizi 9-15 qanda dəmir analizi isə 10-25 azn arasındadır.Qeyd edək ki,bu qiymətlər Bakıda fəaliyyət göstərən 3 klinika və 2 labarotoriya arasında apardığımız araşdırmanın nəticələridir

FİZZƏ İSMAYILOVA ZAUR SƏFƏROV APA TV

Müəllif | Apa.Tv
Apa.tv