Küçə fotoqrafı: “Məni hədələyən, hətta polisə vermək istəyən olub”
Küçə fotoqraflığı gündəlik həyatı və ictimai yerlərdə insanları çəkməyə yönəlmiş unikal fotoqrafiya janrıdır. Unikal olduğu qədər çətin və bir o qədər də risklidir. Çünki,məsələn ,yolda xəbərsiz çəkdiyiniz insanın sizə reaksiyası necə olacaq, bunu təxmin etmək asan deyil… Bu sənətlə məşğul olan fotoqraf Şəhriyar Əbdürrəhimov bildirdi ki, işə yeni başladığı zamanlar şəkilləri xəbər edərək çəkirdi və bunu xəbərsiz çəkilmiş kimi paylaşırdı. Lakin fotoqraf sərt reaksiya ilə qarşılaşdığını da bildirdi. Fotoqraf belə şəkillərin ərsəyə gəlməsi üçün şəhərdə 4-5 saat vaxt keçirdiklərini bildirib.
Nuray Qədirli Tural Əliyev APA TV