Kürdəmirdə faciə, qızılcaya yoluxan azyaşlı öldü

Kürdəmirdə qızılcaya yoluxan azyaşlı ölüb. Hadisə bu gün qeydə alınıb. Qızılcaya yoluxan və hərarəti düşməyən rayonun Qağacılı kənd sakini, 2019-cu il təvəllüdlü Rüfət Roman oğlu Qəribli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Babasının dediyinə görə, uşaq qızılcaya qarşı peyvənd olunmayıb. Qəribli Rüfət Roman oğlu oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb. Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov, Devran Əsgərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv