Laçın şəhərinə daha 21 ailə, Zabux kəndinə isə 2 ailə yola salınıb
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65nəfər, Laçın rayonunun Zabux kəndinə 2 ailə, 4 nəfər köçürülüb. Xatırladaq ki, indiyədək Laçın şəhərinə 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.