Lənkəranda çay sakinlərin kabusuna çevrilib, sel həyətyanı sahələri aparır

Lənkəranda yağan intensiv yağışlar Veravulçayının daşmasına səbəb olub. Rayonun Vilvan kəndində 10-a yaxın ailənin yaşadığı evlər üçün təhlükəli vəziyyət yaranıb. Sel suları sakinlərin təsərrüfatlarına da xeyli ziyan vurub. Meyvə və sitrus ağaclarını, eləcə də torpaq sahələrini sel aparıb. Bu il çaya sel gələndən sonra torpaq qatı təqribən 6 metrə yaxın uçulub. Bir həyətyanı sahədən 30 sot torpağı sel suları aparıb. Ərazidə yaranan vəziyyətlə bağlı Lənkəran rayon Yuxarı Xanbulançay Hidroqovşağı İstismar idarəsi tərəfindən ağır texnikalar ayrılıb. Hava şəraiti imkan verən kimi, çayda məcradəyişmə işləri aparılacaq. Qeyd edək ki, hazırda çayda 2 km sahilbərkitmə işləri görülür və tamamlanmaq üzrədir.

İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran

Müəllif | Apa.Tv
Apa.tv