Lənkəranda Flaminqosuz "Flaminqo festivalı”
Azərbaycanda ilk dəfə Lənkəranda "Flaminqo festivalı" keçirilib. Qızılağac Milli Parkında gəzinti təşkil edilib, ziyarətçilər körfəz ərazisində quş koloniyalarını müşahidə ediblər. Ziyarətçilər ərazidə quraşdırılan stendlər və məlumat lövhələri vasitəsi ilə ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı qazanıblar. Festivalda dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib, 500-dən artıq turist tədbirlərə qatılıb. Qeyd edək ki, adı “Flaminqo festivalı” olsa da, burada heç bir flaminqoya rast gəlmədik. Səbəb ilə maraqlandıqda isə, təşkilatçılar bildirdilər ki, flaminqolar dəniz sahildən 30 km içəridədirlər, hava şəraiti isə ora getməyə imkan vermir. İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV