Lənkəranda valideynlər bu bağçaya uşaq aparmağa qorxurlar
Lənkəran rayonunun Sütəmurdov kənd körpələr evi, uşaq bağçası uyğunlaşdırılmış binada yerləşir. Binada uşaq bağçası, körpələr evi 1973 – cü ildən fəaliyyətə başlayıb. 50 il müddətində binada bir dəfə əsaslı təmir işi aparılaraq, binanın dam örtüyü dəyişilib. Valideynlər müəllimlərin, işçilərin fəaliyyətindən razı olsalar da binanın köhnə tikili olması və qəzalı vəziyyəti onları narahat edir. Kənddə elə uşaqlar var ki, evləri bağçaya yaxın olduğu üçün bura gəlmək istəyirlər. Amma bağçanın şəraitsizliyinə görə valideynlər uşaqları şəhər bağçalarına qoymaq məcburiyyətində qalırlar. Əvvəllər 3 qrupda fəaliyyət göstərən bağça, indi iki qrupla fəaliyyətini davam etdirir. Lənkəran – Astara regional təhsil idarəsindən bildirildi ki, yaxın dövr üçün yeni bağça binasının tikilməsi nəzərdə tutulub. Qeyd edək ki, hazırda bağçada 35 uşaq təlim – tərbiyə alır.
İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran