Lənkəranlı aşpaz iki yeni yemək resepti yaratdı – Hələ belə dadlı balqabaq yeməmisiniz

“Lanver - 457” və “Balqabaq çubuqları”. Bundan sonra bu yemək adlarına Lənkəran mətbəxində tez-tez rast gələ bilərsiniz. Lənkəranlı aşpaz Ağakərimin ilk dəfə olaraq hazırladığı bu yeməklər həm görünüşünə, həm də dadına görə fərqlənir. “Lanver - 457” ana yemək, “Balqabaq çubuqları” isə desertdir. Ana yeməyin hazırlanması 20 – 25 dəqiqəyə başa gəlir və bunun üçün can əti, nar, kartof, badımcan, soğan, eləcə də ədviyyatlardan duz, istiot, giləmərzə, sumaq lazımdır. Əvvəlcə can əti doğranılır sonra soğan, kartof, badımcan, nar soyulur və doğranılır. Balqabaq çubuqlarının hazırlanması üçün təqribən 7 – 8 dəqiqə vaxt lazım olur. Aşpaz bildirir ki, bu yeməyi hazırlamasına səbəb Lənkərana gələn qonaqların yerli, milli və müasir yeməklərin olub-olmaması ilə maraqlanmaları olub. Ona görə də o, milli adət ənənələrimizi qoruyub saxlamaq şərti ilə yeməklərdə təkmilləşdirmə aparıb. Aşpaz gələcəkdə daha çox dəniz məhsullarından yeni yeməklərin hazırlanmasını düşünür. Bunun üçün müəyyən təkliflər var və o, bu təkliflər üzərində çalışır.

İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran

Müəllif | Apa.Tv
Apa.tv