Marketlərin açıq məhsulları insan həyatı üçün niyə təhlükəlidir?
Marketlərdə istifadə tarixi və tərkibi bəlli olmayan qida məhsulları sağlamlığımız üçün təhlükəlidir. Demək olar ki, diqqətsizlik ucbatından hər birimiz bu məhsullardan ən azı bir dəfə belə olsa, istifadə etmişik. Bəs görəsən bu məhsulların istifadəsi hansı rəsmi qurum tərəfindən təsdiqlənir? Çünki, bu məhsulların üzərində nə istifadə tarixi nə də digər məlumatlar var. Təəssüflər olsun ki, insanlar bunu bildikləri təqdirdə həmən məhsullardan istifadə etməyə davam edirlər. Bəs vətəndaşlar necə, onlar təmas yolu ilə satılan məhsullara yoxsa etiketli, üzəri bağlı məhsullara üstünlük verirlər? Mən bu məhsullardan istifadə etmirəm, üstü bağlı məhsullar yaxşıdır. Toz olur, milçək olur, üstü açıq yaxşı deyil Üstündə etiketi olmayandan sonra, saxlama etiketi olmayandan sonra onu almağa dəyməz. Mən təmiz məhsullar alıram, zəhərlənmə çoxdur deyə qorxuram. Bir dəfə zəhərlənmişəm, gözüm ondan sonra qorxub Məsələ ilə bağlı satıcılarda öz mövqeyini bildirdi. Bəzi market istifadəçiləri isə üstü açıq məhsulların satışının insanları cəlb etdiyini düşünür. qadın Özüm istifadə edirəmsə, yaxși olanda məsləhət verirəm ki, götür. Pis qidaya bunu götür deyə bilmirəm. Bəzi vətəndaşlar üstü bağlı mala üstünlük verir, bəziləri də üstü açıq məhsullar alır. Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir. Ev şəraətində hazırlanan bəzi məhsulların minimum keyfiyyət və təhlükəsizliyinə dair sənədlərin olmadığı və etiket məlumatları olmayan müxtəlif çeşidli məhsulların satışı həyata keçirildiyi aşkarlanıb. Bu nöqsanlarla bağlı inzibati protokol tərtib olunur. Bununla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilir. Qeyd edək ki, İlkin Kərimov məhsulların etiketlənməsini və etiketlənən məhsulların istehsalçılar üçün tam başa düşülən tərzdə həyata keçirilməsinin vacib olduğunu bildirdi. Əks halda bu qanun pozuntusudur