Məhsulları Azərbaycanda satılmayan fermerlərin xarici bazarlara da çıxışı yoxdur

Məhsulları Azərbaycanda satılmayan fermerlərin xarici bazarlara da çıxışı yoxdur – APA TV Soğan əkən kəndli fermerlər Bu mövsümü ziyanla başa vurub. Sahələrdən bol məhsul götürsələr də, sata bilməyiblər. Hazırda təkcə Ağdamlı fermerlərin anbarlarında minlərlə ton soğan yığılıb qalıb. Ağdamlı fermer Murad Rüstəmov ötən mövsüm 70 hektar torpaq sahəsində soğan becərib. Orta hesabla 70 sentnerədək məhsul əldə edib. Lakin topladığı məhsulu sata bilməyib. Hazırda 1000 ton məhsul anbarda zay olub, 600 ton isə Bərdədə soyuducu anbarda qalıb. Murad Rüstəmov deyir ki, hazırda 32 kq çəkisi olan 1 kisə soğan 5 manata satılır. Bu isə icarəyə götürdüyü soyuducu anbarın elektrik və daşıma xərclərini ödəmir. Soğanın 1 kq maya dəyəri 25 qəpikdir. O hesabla 320 min manatdan çox ziyan dəyib. Ötən ilin məhsulundan qurtula bilməyənlər bir müddət sonra yeni məhsul yığımına başlayacaq. Bu isə əvvəlki ziyanın təkrarlanması təhdidi yaradır.

Emin Babayev, Fəzail Səfərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv