16:08 7 noyabr 2023 695

Məktəbdə Zəfər Günü münasibəti ilə tədbir keçirildi

 

Məktəbdə Zəfər Günü münasibəti ilə tədbir keçirildi 8 noyabr “Zəfər günü“ münasibəti ilə Tahir Hacıyev adına 252 nömrəli məktəbdə tədbir keçirilib .Tədbirdə məktəbin şagir-müəllim heyəti, qazilər və şəhid ailələri iştirak edib. Tədbirdə şagirdlər tərəfindən hazırlanan, 44 günlük müharibədəki qəhramanlıqları əks etdirən səhnəciklər təqdim edilib. Tədbirdə şəhid analarına və qazilərə də söz verildi. Qazilər arasında 252 nömrəli məktəbin keçmiş şagirdləri də var idi. Onlar öz xatirələrini şagirdlərlə bölüşdü. Tədbirin sonunda şagirdlərə sertifikatlar təqdim edildi.

SÜNBÜL HÜSEYNOVA VÜSAL BAYRAMLI APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın