MSK: Daha 8 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda daha 8 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra 8 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb. Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 7 fevral 2024-cü ildə keçiriləcək. AYNUR QARA ARİF ƏLİYEV APA TV