“Müsəlmanlar Amerikada uğur əldə edirlər - “Saylartı artıqca, kiçik biznes sahibləri də artır”
“Müsəlmanlar Amerikada uğur əldə edirlər - “Saylartı artıqca, kiçik biznes sahibləri də artır” – APA TV ABŞ-da müsəlmanlar cəmiyyətin digər üzvləri ilə müqayisədə daha fəaldırlar. Bu barədə ABŞ Sosial Siyasət və Anlaşma İnstitutu yayımladığı hesabatda məlumat dərc edib. Qeyd olunub ki, müsəlmanlar biznes sahəsi ilə yanaşı təhsildə də uğurlar əldə etməkdədirlər. Belə ki, ABŞ-də müsəlmanların 46-faizi təhsil müəssisələrində xüsusən də kolleclərdə təhsil alır. Hesabatda müsəlmanların ölkəyə verdikləri digər töhfələr də qeyd olunub. Vaşinqton Universitetinin Foster Biznes Məktəbinin Məsləhət və Biznesin İnkişafı Mərkəzinin direktoru Maykl Verçot “ShareAmerica”-ya bildirib ki, Amerikanın müsəlman əhalisi 4 milyona yaxınlaşdıqca kiçik biznes sahibləri artır. O, açıqlamasında Nyu-York şəhərində təxminən 96 min, Miçiqan ştatında 36 min müəssisənin müsəlmanlara aid olduğunu deyib.