Naxçıvan küçələrində Zəfər sevinci – “Mənim qədim torpağım, bu sənə çox yaraşır”
Bu gün hər bir azərbaycanlının ürəyi zəfər sevinci ilə coşub. Ölkəmizin hər yerində olduğu kimi Naxçıvan sakinləri də Zəfərimizi böyük sevinc və qürur hissi ilə qeyd ediblər. Bu gün şəhər mərkəzində yerləşən Zəfər parkında qələbəni qeyd edənlər arasında hər nəslin nümayəndəsinə rast gəlmək mümkün idi. Bayram edən sakinlər bu zəfəri bizə yaşadanları, qələbə, vətən uğrunda canlarından keçənləri, şəhidlərimizi yad edib, şəhər qəbiristanlığında da olub, onların ruhlarına dualar oxuyublar. Qeyd edək ki, Naxçıvan şəhərinin küçələrində, yollarda da zəfər həyəcanı hiss olunub. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV