Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunan fotosərgi keçirildi
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq Muğam Mərkəzində “Naxçıvan fotolarda” adlı fotosərgi keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli son illərdə Naxçıvanın inkişafına diqqət çəkərək tədbirin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Tədbir bədii hissə ilə davam edib. Qeyd edək ki, sərgidə nümayiş olunan fotoların böyük əksəriyyəti APA-nın Naxçıvan bürosunun əməkdaşı Əli Xudiyevə məxsusdur.