Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdi

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Naxçıvan Şəhər İdarəsinin işçiləri Naxçıvan Muxtar Respublikası Ali Meclisinin qarşısında etiraz aksiyası keçiriblər. Səbəb isə İdarə əməkdaşlarının maaşlarını ala bilməmələridir. İşçilər 10 aydan çoxdur ki, işə getsələr də, maaş ala bilmirlər. Bu vaxt ərzində bir çox yerə müraciət ediblər, lakin onların şikayətinə baxan yoxdur. Onların bəziləri artıq iki ildir ki, hesab pullarını belə ala bilmir. Səbəbini isə şikayətçilər belə izah edirlər. Məsələ ilə bağlı komitənin Naxçıvan Şəhər İdarəsinə yollandıq. İdarədən bildirildi ki, məsələdən agahdırlar və 10 aydır heç özləri də maaş ala bilmirlər. Uzun müddətdir fəaliyyətsiz qalan idarənin həyətində olan yeni inşaat texnikaları isə çürüməyə tərk edilib. Hətta bundan idarənin öz əməkdaşları belə narahatdır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əlaqə saxlasaq da komitədən məsələyə aydınlıq gətirən olmadı.

Ceyhun Məmmədov,

İlham Əhmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv