Naxçıvanda Qərbi Azərbaycan kulinariyası təqdim olunub
Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres baş tutub. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, tarixin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası, Qərbi Azərbaycana qayıdışdır. Qeyd olunub ki, ölkə başçısının müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq, ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı görülən sistemli tədbirlərin davamı kimi bu gün Naxçıvanda keçirilən festival-konqres də ciddi mövzulara fokuslanıb. Məqsəd deportasiyaya məruz qalmış soydaşlarımızın hüquqlarının bərpası, Qərbi Azərbaycanda etnomədəni terrora məruz qalmış tarixi-mədəni irsimizlə bağlı faktların ortaya qoyulması və dünya elmi ictimaiyyətinə çatdırılmasından ibarətdir. Konqresdə 200-dək elmi çıxışlar olacaq və onlar toplanaraq nəşr olunacaq. "Qərbi Azərbaycana Qayıdış" festival-konqresi çərçivəsində Qərbi Azərbaycan kulinariyasının təqdimatı olub. Sərgidə İrəvan mətbəxinə aid 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarükü qidası, 13 növdə müxtəlif çay nümunələri nümayiş etdirilib. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV QƏRBİ AZƏRBAYCAN İCMASININ MÜŞAHİDƏ ŞURASININ SƏDRİ